Modern.az

Portuqaliya “Sportinq”i Bakıda futbol məktəbi açacaq

Portuqaliya “Sportinq”i Bakıda futbol məktəbi açacaq

20 İyun 2013, 17:41

Modern.az AFFA-ya istinadən xəbər verir ki, bu gün “Sheraton Baku Airport Hoteli”ndə AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın “Sportinq” klubunun baş direktoru Valdelmar Baretto və klubun inkiçaf direktoru Virgilio Lopeslə görüş keçirib. Görüşün məqsədi  “Sportinq” klubu ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda “Sportinq”  klubunun uşaq futbol məktəbinin açılması olub.

Portuqaliyalı klub rəsmləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilən infrastruktur layihələri ilə tanıç olublar.

Xatırladaq ki, bu baş katib Elxan Məmmədovun “Sportinq” rəhbərliyi ilə sayca ikinci görşüdür.

Abbas

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama