Modern.az

Zəlzələyə görə bağlanan məktəblər bu ay açılacaq

Zəlzələyə görə bağlanan məktəblər bu ay açılacaq

Təhsil

14 Aprel 2023, 13:26

Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş vermiş zəlzələdən sonra bağlanan məktəblər aprelin 24-də açılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi