Modern.az

Direktor olmaq istəyən 1100-dən artıq şəxs imtahan verdi 

Direktor olmaq istəyən 1100-dən artıq şəxs imtahan verdi 

Təhsil

15 Aprel 2023, 17:27

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

 

Test imtahanında 1108 nəfər iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi