Milli Şuranın ilk sessiyası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə Müsavat partiyasının qərargahında gerçəkləşən tədbirdə Milli Şurada təmsil olunan şəxslər, aparıcı müxalifət partiyalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli Milli Şuranın qarşısında duran vəzifələrdən danışıb. “Bu gün biz müəyyənləşdirməliyik, ki, Şuranın namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə onun üzərinə hansı vəzifələr düşür. Dörd ay vaxt qalıb. Müvafiq komitələr formaşdırılmalıdır. Milli Şura vaxt itirmədən özünü cəmiyyətə təqdim etməlidir”.
Aqşin Kərimov