Modern.az

Vitse-spiker qəzəbləndi: “Biz böyük qardaş ideyasını qəbul etmirik”

Vitse-spiker qəzəbləndi: “Biz böyük qardaş ideyasını qəbul etmirik”

21 İyun 2013, 13:03

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsini pisləyən vitse-spiker Valeh Ələsgərov sənədi qəbul etmədiyini vurğulayıb.

“Bu Avropa Parlamentinin qətnaməsi kimi qəbul edilə bilməz. Biz bəzi layihələr həyata keçirən zaman belə təzyiqlərin olacağını bilirik. Dəfələrlə belə təzyiqlərin şahidi olmuşuq”-deyə V.Ələsgərov bildirib.

Vitse-spiker həmçinin qeyd edib ki, AVRONEST-in icazəsi olmadan birdən-birə Avropa Parlamentində belə qətnamənin qəbul edilməsi müəmmalıdır.

"Bunun heç bir izahı yoxdur.AVRONEST bəs, nəyə görə yaradılıb? Belə çıxır ki,bu qurum 6 dövlətin təşkilatı kimi yaradılıb”.

Daha sonra o bildirib ki, bu ilin may ayında Milli Məclisdə Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin iclası olmalı idi. "Lakin bunlar iclası keçirməkdən imtina elədilər, səbəblərini də açıqlamadılar".

Ələsgərov bildirib ki, bu kimi məsələlər qabaqcadan Azərbaycanın özü ilə razılaşdırılmalıdır.

“Periodik olaraq Azərbaycan Parlamenti ilə işləmək missiyası daşıyan bu qurum ildə bir dəfə iclas keçirir. Bu isə yolverilməzdir. Halbuki, bu əməkdaşlıq komitəsi mütəmadi olaraq görüşməli, təmasda olmalıdır. Biz böyük qardaş ideyasını qəbul etmirik. Kimdir Avropa Parlamenti? Niyə bizə göstəriş verməlidir ki? Avropanın özünün problemləri kifayət qədərdir".

Vitse-spiker bildirib ki, Gürcüstanın bir neçə ilə əvvəl NATO və Avropa Parlamentinə üzvlük məsələsi ciddi müzakirə olunurdu. Lakin ən çətin məqamda Gürcüstana heç kim dayaq durmadı.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama