Modern.az

Milli Məclisdə QALMAQAL: İqbal Ağazadə spikerlə söz davasına çıxdı

Milli Məclisdə QALMAQAL: İqbal Ağazadə spikerlə söz davasına çıxdı

Təhsil

21 İyun 2013, 13:59

Milli Məclisin bugünkü iclasında deputat İqbal Ağazadə ona söz verilməməsinə etiraz edib. Millət vəkili iclasda ona söz verilmədiyi üçün spiker Oqtay Əsədova iradını bildirib.

İ.Ağazadənin etirazına spiker “Milli Məclisin İntizam Komissiyası var, məndən şikayət edərsən. Bir saat yarım danışdıq, yetərlidir”-deyə cavab verib.

İ.Ağazadə isə ona “mən şikayət etmək istəmirəm, onda başqa məsələdə bu barədə danışacağam, sözümüzü kəssəniz, kəsin” cavabını verib.

Spiker yenə də çıxışa imkan yaratmayıb:

”İntizam komissiyası var, get şikayət elə. Bir-birimizə hörmət edək”.

Spikerin bu sözlərindən sonra deputat iclas zalını tərk edib. Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov isə yerindən gülə-gülə İqbal Ağazadəyə “Yazılı yaz, göndər” –deyə replika atıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?