İyunun 21-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun görüşü olub.
AzərTAc-ın məlumatına görə, İlham Əliyev və Herman Van Rompuy əvvəlcə rəsmi foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin bu səfərinin ikitərəfli əməkdaşlığın daha da inkişafına xidmət etdiyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Brüsseldə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər.