
Türkiyənin ev sahibi olduğu futbol üzrə 20 yaşlıların dünya çempionatının ilk oyununu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və FİFA-prezidenti Blatter də izləyəcək.
Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün start götürəcək dünya çempionatının Kayseri Kadir Has Stadionun da baş tutacaq. Kuba-Koreya Respublikası və Nigeriya-Portuqaliya maçını Türkiyənin baş naziri və FİFA prezidenti ilə birlikdə izləyəcəklər.
Abbas Qəmli