Modern.az

Nazir Fizuli Ələkbərov Ağstafada vətəndaşları qəbul edəcək

Nazir Fizuli Ələkbərov Ağstafada vətəndaşları qəbul edəcək

21 İyun 2013, 17:18


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyunun 28-də nazir Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarının sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bölgədə məskunlaşmış məcburi köçkünlərin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq. Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama