Modern.az

Xəstəxanaya yerləşdirilən məktəblilərin hamısı evə buraxıldı - YENİLƏNİB

Xəstəxanaya yerləşdirilən məktəblilərin hamısı evə buraxıldı - YENİLƏNİB

Təhsil

18 Aprel 2023, 21:50

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirdin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib

 

***

18:19

 

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib. 

 

Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.

 

***

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

 

Modern.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

 

"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

 

***

Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, məlumatı məktəb təsdiqləyib.

 

Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

 

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi