Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Bir gün qaldı

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Bir gün qaldı

24 Aprel 2023, 16:23

Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirib ki, ilkin vakansiya seçimi mərhələsində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumitəhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə aprelin 25-i saat 11:00-dək davam edəcək.

 

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi