Modern.az

Birinci siniflərə şagird qəbulu təkmilləşdirilib

Birinci siniflərə şagird qəbulu təkmilləşdirilib

27 Aprel 2023, 11:20

Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul sistemi təkmilləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Təhsil masası"nda qonaq olarkən deyib.

 

Nazirlik rəsmisi bildirib ki, artıq vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa olaraq sistemdə görünür:

 

"Əvvəlki illərdə vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə əlavə edirdi. Artıq digər qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi