Modern.az

Sabah Bakıda bəzi yollar bağlı olacaq - SİYAHI

Sabah Bakıda bəzi yollar bağlı olacaq - SİYAHI

25 İyun 2013, 13:06


Sabah Bakıda hərbi paradın keçirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, hərbi paradla əlaqədar paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti və ona paralel Üzeyir Haçıbəyov, Zərifə Əliyeva küçələri ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişdiriləcək.

Kövkəb Səfərəliyeva, R.Zorge, Puşkin, Azadlıq prospekti, Rəşid Behbudov, Bülbül, Rəsul Rza, Əziz Əliyev, Niyazi, Yusif Səfərov küçələrindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Afiyəddin Çəlilov küçəsi və Nobel prospekti kəsişməsindən Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Xocalı, Babək prospektləri, 10-cu zavod dairəsi və digər istiqamətlərə, Yusif Səfərov və 28 May küçəsinin kəsişməsindən 28 May küçəsindən keçməklə Kövkəb Səfərəliyeva, Rəşid Behbudov və digər istiqamətlərə hərəkət istiqamətləri dəyişdiriləcək.

Bakı-Salyan yolunun 14-cü kilometliyindən, 3-cü kənar dairəvi yol ilə istənilən istiqamət üzrə, Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Teymur Elçin, Mehdi Hüseyn, Parlament və digər istiqamətlər üzrə, 20ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi, Mətbuat Prospekti və digər istiqamətlərə hərəkətin istiqaməti dəyişdiriləcək .

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama