Modern.az

Kazimirov yenə öz ampulasında: “İrəliləyiş mümkün olmayacaq”

Kazimirov yenə öz ampulasında: “İrəliləyiş mümkün olmayacaq”

25 İyun 2013, 13:16

ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Modern.az xəbər verir ki,  erməni mətbuatına müsahibə verən  keçmiş həmsədr konfliktin nizamlanması imkanları barədə söz açıb. O bildirib ki, BMT Təhlükəsizlik Şurası və həmsədr ölkələrin müvafiq töhfələri və bu istiqamətdə səylərindən sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər. Qarabağ probleminin hərb yolu ilə çözülməsini tənqid edən keçmiş həmsədr bunları deyib:

“Hərb amili ilə münaqişənin həllində heç bir irəliləyiş əldə etmək mümkün olmayacaq. Rəsmi Bakı isə hərb variantına ümid etməklə problemi həll etmək istəyir”-deyə ittiham edib.

Xatırladaq ki, Vladimir Kazimirov 1992-1996-cı illərdə Rusiyanın Minsk Qrupunda həmsədri olub. O daha çox ermənipərəst mövqeyi ilə seçilib.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama