Modern.az

Deputat Elm və Təhsil Nazirliyini TƏNQİD ETDİ

Deputat Elm və Təhsil Nazirliyini TƏNQİD ETDİ

28 Aprel 2023, 10:52

Elm və Təhsil Nazirliyinin üzərinə bu qədər vəzifənin qoyulması düzgün deyil, çünki nazirliyin bu qədər gücü yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən deputat Etibar Əliyev bildirib.

 

“Nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Mən onların kitabxanasında olmuşam, amma kifayət qədər qənaətbəxş deyil. Bu qədər dəyişikliklər olunur, amma nazirliyin ortada bir işi yoxdur. Ötən dəfə nazir burada çıxış edəndə biz təklif etdik ki, peşə məktəbləri açılsın. Çünki ölkədə bu sahədə ciddi çatışmazlıq var. Düzdür, məscid, restoran və s. yerlər var. Amma peşə məktəbləri yoxdur. Nazir bir yerə qeyd etdi, bəlkə də o qeydləri artıq itirib. Bildirim ki, biz nə qədər nazirliyə təkliflər versək də, ciddi nəticələr yoxdur”,- deyə deputat iradlarını çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi