Modern.az

Fənn müsabiqəsinin ilk mərhələsi keçirildi - Rekord göstərici

Fənn müsabiqəsinin ilk mərhələsi keçirildi - Rekord göstərici

Təhsil

30 Aprel 2023, 22:10

Bu gün Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Twitter" hesabında məlumat yayıb.

 

O qeyd edib ki, sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib.

 

“Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, - nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır