Modern.az

Siyavuş Aslanın harada dəfn olunacağı hələ müəyyənləşməyib

Siyavuş Aslanın harada dəfn olunacağı hələ müəyyənləşməyib

27 İyun 2013, 10:59

Ötən gecə dünyasını dəyişən xalq artisti Siyavuş Aslanın harada dəfn olunacağı hələ müəyyənləşməyib. Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. O, bildirib ki, xalq artisti ilə vida mərasimi bu gün saat 13.00-da radələrində Akademik Milli Dram Teatrında keçiriləcək.

  “Saat 15.00-da cənazə götürüləcək. Xalq artistinin harada basdırılacağı isə hələ ki, məlum deyil. Müvafiq orqanlar tərəfindən dəqiqləşdirilir”-deyə İntiqam Hümbətov bildirib.

Iyunun 27-nə keçən gecə Azərbaycanın xalq artisti Siyavuş Aslan dünyasını dəyişib.  

Aytən Əliyeva     
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama