Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a verilən xəbərə görə, qurumun Bakıdakı daimi nümayəndəliyində yeni təyinat olub. Türkdilli dövlətlərin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilmiş əməkdaşlıq forumunda iştirak edən BAK-ın sədri Sahil Qasımovun qərarına əsasən, Cəmil Rüstəmxanlı qurumun Bakıdakı səlahiyyətli nümayəndəsi təyin edilib.
“Cəmil Rüstəmxanlı diaspor məsələlərində müəyyən təcrübəyə malikdir. O, bir müddət diaspor təşkilatlarında fəaliyyət göstərmişdi”.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı Azərbaycanın tanınmış şair-yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur.
Modern.az