Modern.az

Ərdoğandan Putinə kritik telefon zəngi

Ərdoğandan Putinə kritik telefon zəngi

27 İyun 2013, 17:29

Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Modern.az bildirir ki, danışıq zamanı ikitərəfli aktual məsələlər: 2012-ci ilin dekabrında İstanbulda baş tutan 3-cü Yüksək Əmkdaşlıq Şurasında əldə olunan razılaşmaların reallaşması müzakirə edilib. Şuranın növbəti toplantısı ilin sonunadək Rusiyada baş tutacaq. Hər ikitərəf Rusiya-Türkiyə münasibətlərindəki çoxşaxəli əməkdaşlığa, o cümlədən energetika sahəsindəki əməkdaşlığa yüksək qiymət verib. Putin və Ərdoğan regiondakı vəziyyətə, o cümlədən Suriyadakı vətəndaş müharibəsinə də toxunublar.

Telefon danışığı zamanı məsələnin siyasi həlli naminə iki ölkənin fəaliyyətinin koordinasiya edilməsi məsələsində razılığa gəlinib. Tərəflər müntəzəm əlaqədə olmaq barədə razılığa gəliblər.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama