Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkında bu gün baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 27 iyun 2013-cü il tarixində saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.
Hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir.
Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.