Qurumun böyük təşkilatları dünən keçirilən iclasa qatılmayıb
Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin ("AzəRos") dünən keçirilmiş iclasında ciddi qalmaqal yaşanıb. Bu barədə Modern.az-a "AzərRos"-dan məlumat verilib.
Bildirilib ki, qurumun Federal Şurasının sədri Tahir Hacıyev vəzifəsindən istefa verib. İclasa qatılmayan T. Hacıyevin bu qərarı ciddi rezonans doğurub. "Azerros”un ən iri təşkilatları olan Sankt-Peterburq, Moskva vilayəti, Samara və Nijeqordoski təşkilatları Şuranın iclasına qatılmaqdan imtina ediblər. İclas o təşkilatların rəhbərlərinin iştirakı olmadan keçib.
“Bu boykot Abbas Abbasovun iflası və “Azərros”un parçalanmasıdır. Bu böyük təşkilatların Ümumrusiya Azərbaycanlıları Konqresinə keçəcəyi gözlənilir”-deyə qurumdan bildiriblər.
Modern.az hazırda hadisəni araşdırır.
Modern.az