Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 30-da Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 30-da hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.
Modern.az