İtaliyanın Baş naziri Enriko Leta Azərbaycana səfər edəcək. “New Europe” qəzetinin direktoru Alexandros Billy Koronakis AzərTAc-a bildirmişdir ki, bu barədə Baş nazir mətbu orqanına məxsusi müsahibəsində deyib.
Müsahibəsində Baş nazir qeyd edib ki, səfər zamanı “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri ilə bağlı məsələlər müzakirə olunacaqdır. İtaliyanın sənaye siyasəti bu layihə ilə sıx bağlıdır. TAP gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu, İtaliya üçün böyük uğurdur.
“Mən tezliklə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək, eləcə də layihənin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün Bakıya gedəcəyəm. Bu seçim bizim üçün təkcə enerji nöqteyi-nəzərindən əhəmiyyətli deyil, həm də strateji əhəmiyyətə malikdir. Çünki Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından biridir. Yeni iş yerlərinin açılmasına gəldikdə isə TAP layihəyə cəlb olunmuş bütün ölkələrə və şirkətlərə böyük təsir göstərəcəkdir”, - deyə Enriko Leta vurğulayıb.
Modern.az