Modern.az

Ohanyan: “..Azərbaycanla əlaqə yaratmağa çalışırıq"

Ohanyan: “..Azərbaycanla əlaqə yaratmağa çalışırıq"

29 İyun 2013, 15:38

“Biz beynəlxalq strukturlar vasitəsilə müharibədə itkin düşmüş şəxslərin tapılması üçün  Azərbaycanla əlaqə yaratmağa çalışırıq”. Modern.az bildirir ki, bu sözləri Ermənistanın Müdafiə naziri Seyran Ohanyan KİV-ə açıqlamasında bildirib. 

Müdafiə naziri Seyran Ohanyan qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün operativ-axtarış işləri davam edir və itkin düşmüş şəxslər üzrə komissiya bununla bağlı ildə iki dəfə iclas keçirir. Bununla belə nazir bu işlərin “elə də effektli” olmadığını boynuna alıb. O qeyd edib ki, Azərbaycanla birbaşa əlaqənin olmaması dolğun informasiyanın əldə edilməsinə mane olur.

“İkin düşmüş xilaskar-döyüşçülər Şurası” QHT-sinin sədri Rimma Avetikyannın məlumatına görə, erməni tərəfinin siyahılarında 400 nəfər itkin düşmüş şəxs var ki, onlardan 90 nəfri artıq tapılıb, axtarışlar davam edir.  

V. İsmayılov

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...