Modern.az

Mikayıl Cabbarovdan müəllimlərə yeni qadağalar

Mikayıl Cabbarovdan müəllimlərə yeni qadağalar

29 İyun 2013, 15:50

“Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər və işə qəbul üzrə müsabiqəyə buraxılmırlar”. Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarında qeyd edilib.

Qaydalarda həmçinin göstərilib ki, yaşı 65-ə çatmış şəxslər müsabiqəyə buraxılmır. İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslər yenidən müəllim işləmək üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edə bilərlər. Təhsil Nazirliyində hər bir müraciət etmiş şəxslərlə müsahibə keçirilir və onun nəticələrinə əsasən müvafiq vakant yer işə qəbula razılıq verilir.

Qaydalarda eyni zamanda kimlərin müəllimlim üçün imtahan verilməsinə icazə evrilməyəcəyində qeyd edilib.

“Müəssisələrə qeyri-pedaqoji təhsilli, özəl tədris müəssisəsini bitirmiş, lakin dövlət nümunəli təhsil sənədi-diplomu olmayan kadrların, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair Təhsil Nazirliyinin şəhadətnaməsi olmayan, eləcə də bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir. Müəllimlərin yalnız fakultativ, fərdi və qrup məşğələləri, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir”.

Cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik əsasında yerli təhsili idarəetmə orqanı tərəfindən baxılır. İşə qəbul olunan və işdən azad edilən müəllimlər haqqında məlumatlar ən geçi 15 gün müddətində müəssisələrin və idarə orqanlarının “Təhsilin idarəolunmasının məlumat sistemi”nə daxil edilir.

Aytən ƏLİYEVA

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...