Modern.az

“Xeberle”nin 1 yaşı tamam olub - FOTO

“Xeberle”nin 1 yaşı tamam olub - FOTO

Təhsil

29 İyun 2013, 18:15

Sumqayıtın ilk xəbər portalı “Xəbərlə”nin (www.xeberle.com) 1 yaşı tamam olub. Bu münasibətlə Sumqayıtda baş tutan tədbirdə ölkənin və Sumqayıtın tanınmış ziyalıları, idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri, QHT rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"Xəbərlə”nin təsisçiləri Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlı Qonaqları salamlayan təsisçilər qısaca portalın yaranma zərurətindən, əsas fəaliyyət və məqsədlərindən, əməkdaşlıq edən portnyorlarından, həmçinin “Xəbərlə”nin gələcək planlardan söz açıblar. Sumqayıtın qocaman media mənsubu, əməkdar jurnalist “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov çıxış edərək “Xəbərlə” portalının şəhərin media sferasında artıq diqqətçəkici işlər gördüyünü, ətrafına xeyli sayda oxucu topladığını qeyd edərək kollektivə uğurlar dilədi. Əlavə etdi ki, “Xəbərlə” portalında mütəmadi olaraq Sumqayıtın tarixini əks etdirəm müxtəlif foto və videomaterialların təqdim olunması çox gözəldir. “Bu materiallarda portal əməkdaşları çalışırlar ki, şəhərin tikilib-qurulmasından üzü bu yana bütün dövrləri və məqamları əks etdirsinlər. Hər bir materialla bağlı xüsusi şərh və tanıtım yönlü informasiya da təqdim olunur. Təbii ki, bu cür foto və videolar şəhər sakinləri, xüsusən Sumqayıtın yaşlı sakinləri tərəfindən böyük maraqla qarşılanır, hətta insanda nostalji hisslər yaradır” - deyə, Q.Məlikov bildirib.

ARDNŞ “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Rəhman Orxan  da “Xəbərlə” xəbər portalının qısa zaman ərzində Sumqayıtda, eləcə də ölkə mediası arasında populyarlaşmasından danışıb. O qeyd edib ki, Sumqayıtda, eləcə də respublikamızda fəaliyyət göstərən ən böyük dövlət müəsssisələrindən biri də ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyidir ki, qurum “Xəbərlə” portalı ilə mütəmadi olaraq əməkdaşlıq edir, portalda şirkətin gördüyü işlər və tədbirlər haqda məlumatlar təqdim olunur.

Tədbirdə, həmçinin media mütəxəssisi, jurnalistika elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli də çıxış edərək "Xəbərlə" portalının təsisçilərini çox yaxşı tanıdığını, onların istedad və peşəkarlığına yaxşı bələd olduğunu vurğuladı. Professor qeyd etdi ki, “Xəbərlə” artıq 1 ildir ki, nəinki Sumqayıtda, eləcə də ölkəmizdə və regionda baş verən hadisələri oxucularının diqqətinə opreativ və dolğun şəkildə çatdırmağa çalışır. “Portalın əsas məqsədi, əsasən, Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən olayları: yenilik, dəyişiklik və problemləri oxucularına təqdim etməkdir. Amma portal bununla kifayətlənməyərək ümumən ölkədə, bölgələrimizdə və dünyada baş verən ən mühüm xəbərləri də işqlandırmağı məqsədəuyğun hesab edir. "Xəbərlə" gündəlik xəbər yayımı və istehsalı ilə bərabər, oxucularına həm də müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər geniş bucaqda materiallar təqdim edir. Portal ilk öncə xəbəri dolğun və tərəfsiz çatdırmağı qarşısına məqsəd qoyub. Belə görünür ki, portalın əsas məqsədlərindən də biri Sumqayıtla bağlı ən son, eksklüziv xəbərlərin əsas yayıcısına çevrilməkdir.” - deyə, söyləyib.


  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...