Modern.az

Türk dünyasının gənc yazarları Modern.az-da toplanacaq

Türk dünyasının gənc yazarları Modern.az-da toplanacaq

Təhsil

30 İyun 2013, 12:49

İyulun 1-dən 4-dək Bakıda Türk dünyası gənc yazarlarının toplantısı keçiriləcək. Modern.az-ın məlumatına görə, toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Başqurditsan, Çuvaşıstan, Qaqauz Yeri və Kırımdan, habelə, Almaniyadan, Rusiyanın Moskva və Sank-Peterburq şəhərlərindən gələn yazarlar iştirak edəcəklər. 

İlk gün, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykəllər”i ziyarət edən yazarlar daha sonra Modern.az saytının redaksiyasında görüş keçirəcəklər.

Tədbirin təntənəli açılış törəni isə “DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” adı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək.

Qonaqlar ikinci gün AMEA N. Gəncəvi adına Ədəbiyyat Muzeyi ilə tanış olacaq, sonra Azərbaycanda Atatürk Mərkəzində “Addım-addım Türk Dünyası” kitabının təqdimatında iştirak edəcək. Nahardan sonra isə Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Qərargahında DGTYB Hesabat-seçki Qurultayı keçiriləcək.

Toplantının 3-cü – sonuncu günü, DGTYB Hesabat-Seçki Qurultayının davamı (Azər-baycanda Atatürk Mərkəzi) baş tutacaq. “Azərbaycan Dil Qurumu” İB-də, Azərbaycan Yazıçılar Birliyində görüşlər keçirəcək. Toplantı iştirakçıları, daha sonra Nazirlər Kabinetində Baş nazirin müavini Elçin Əfəndiyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, “Türk Dünyası Gənc Yazarların Bakı toplantısı” layihəsi Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi