“Azərbaycanla İsveçrə arasında əlaqələr kifayət qədər inkişaf edib”. Modern.az-ın məlumatına görə, bunu Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Flippo Lombardini deyib. O qeyd edib ki, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqlar mövcuddur. Daha sonra isveçrəli rəsmi bildirib: “Səfərin vaxtı tamamilə düzgün seçilib. Bilirik ki, Azərbaycan TAP layihəsini seçdi. Bu da o deməkdir ki, iqtisadi cəhətdən Azərbaycanla əlaqələrimiz daha da genişlənəcək”.
Qeyd ki, iki günlük səfəri çərçivəsində isveçrəli parlamentarinin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Aqşin Kərimov