
Müştərilərə operativ xidməti təmin etmək məqsədilə “Muğanbank” ASC-nin Bakı şəhərində yerləşən “İnvest” filialı yeni ünvana köçmüşdür. Bankın filialı müştəriləri yeni ünvanda: Yasamal rayonu, Ə.Cəmil küçəsi 51-də qəbul edəcəkdir. Əlaqə telefonları (+994 12) 433 04 47; faks: (+994 12) 433 04 48. “Muğanbank” ASC-nin “İnvest” filialı həftənin bazar ertəsindən cümə gününə kimi, saat 9:00-dan 17:00-dək işləyir. Filial müştərilər üçün hər növ bank xidmətlərini göstərir. “Muğanbank” ASC-nin “İnvest” filialının əməkdaşları müştəriləri yeni və rahat ofisdə qarşılamaqdan məmnundurlar. “Muğanbank” ASC-nin filiallar şəbəkəsi haqqında ətraflı məlumatı bankın rəsmi saytından əldə etmək mümkündür (
//www.muganbank.az/ru/goto/13). Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.
“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın Facebook səhifəsinə daxil ola bilərlər
//www.facebook.com/pages/Muganbank/106864156005722?fref=ts.