Modern.az

Gəncənin icra başçısı Elmar Vəliyev İtaliyadan qayıdıb - FOTOLAR

Gəncənin icra başçısı Elmar Vəliyev İtaliyadan qayıdıb - FOTOLAR

Təhsil

1 İyul 2013, 13:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir qrup nümayəndə heyəti  ilə İtaliyanın Turin şəhərində işgüzar səfərdə olub. Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev icra hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin direktoru Fuad Əliyev və Gəncə Şəhər Səhiyyə idarəsinin rəisi Mehman Rzayevdən ibarət nümayəndə heyəti ilə birgə İtaliyanın Turin şəhərində işgüzar səfərdən qayıdıblar. Böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanan Gəncənin nümayəndə heyəti ilə Turin şəhərinin meri Piero Fassini arasında rəsmi görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və İtaliyanın Turin şəhərinin meri Piero Fassini rəhbərlik etdikləri şəhərlər haqqında ətraflı məlumat verib, tarixi baxımdan oxşar olan Gəncə ilə Turin arasında əməkdaşlıq üçün müxtəlif təkliflərlə çıxış etmiş, istər mədəni, istərsə də iqtisadi baxımdan əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışıb, fikir mübadiləsi aparıblar. Elmar Vəliyev çoxəsrlik tarixə malik olan Gəncə şəhərinin Azərbaycanın qədim mədəniyyət, iqtisadiyyat, elm, sənaye və ticarət mərkəzi olduğunu bildirərək Turin şəhəri ilə əməkdaşlıq üçün geniş potensial imkanlar olduğunu diqqətə çatdırıb.

Bir neçə il əvvəl odlar yurdu Azərbaycanın paytaxtı Bakıda olduğunu xatırladan mer Piero Fassini şəhərin tarixi, infrastrukturu, mədəniyyəti və digər sahələri ilə yaxından tanış olduğunu və bundan məmnun qaldığını söyləyib. Görüş zamanı Elmar Vəliyev xatirə olaraq Piero Fassiniyə üzərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portreti olan xalça və Gəncəni əks etdirən bir neçə xatirə hədiyyəsi təqdim edib. Turin şəhərinin meri də öz növbəsində İtaliyanın bu qədim şəhərini əks etdirən kitablar hədiyyə edib. Görüş zamanı xatirə şəkli çəkilib, sonra Gəncənin nümayəndə heyəti şəhərin texnoparkında və bir sıra sənaye müəssisələrində olublar.






Gültəkin Ələsgər

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...