Modern.az

Jurnalistləri Bakıdan Antalyaya aparan təyyarədə problem yarandı

Jurnalistləri Bakıdan Antalyaya aparan təyyarədə problem yarandı

1 İyul 2013, 14:35


Modern.az
saytının məlumatına görə, bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb. 

Buna səbəb kimi "Türk hava yolları" şirkətinə məxsus təyyarədə qapının örtülmədiyi göstərilib. Kapitan sərnişinlərə belə məlumat verib.

Təyyarə 30 dəqiqəlik uçuşdan sonra Bakı aeroportuna qayıdıb.

Təyyarədə digər sərnişinlərlə yanaşı, Azərbaycanda nəşr olunan 27 KİV-in baş redaktoru da var.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...