Modern.az

Heç vaxt müəllim yanına getməmişəm - 9-cuların rekordçusu

Heç vaxt müəllim yanına getməmişəm - 9-cuların rekordçusu

12 May 2023, 17:43

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bildirilib ki, imtahanda bir nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Rekorda imza atan şəxs Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Əfəndiyev Tural Azər oğludur.

 

9-cu siniflər üzrə birinci olan Tural təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, 300 bal topladığına görə sevincli olduğunu deyib:

 

“Sevincimin həddi-hüdudu yoxdur. Sözün açığı, 280-290 bal gözləyirdim. Amma 300 topladım. İndiyədək müəllim yanına getməmişəm, özüm hazırlaşmışam. İmtahana məsuliyyətlə yanaşırdım. Var gücümlə çalışırdım. İmtahan rahat keçdi, çətinlik çəkmədim. Yüksək bal toplayacağıma əmin idim, ancaq 300 bal olacağını düşünmürdüm. İmtahan nəticələrini biləndə çox sevindim. Bu, məni hədsiz dərəcə sevindirdi”.

 

T.Əfəndiyev gələcək planları barədə də danışıb:

 

“İnşallah, 4-cü ixtisas qrup üzrə hazırlaşacağam. Məqsədim Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır, inanıram ki, bu arzum da reallaşacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?