Modern.az

Təhsil naziri məktəblilərlə bağlı yeni əmr imzaladı

Təhsil naziri məktəblilərlə bağlı yeni əmr imzaladı

1 İyul 2013, 16:16

İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilmiş və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. 44-cü Beynəlxalq Fizika Olimpiadası 7-15 iyul 2013-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul 2013-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul 2013-cü il tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul 2013-cü il tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcək. Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...