Modern.az

“Milli Şura kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırır?” - ETİRAZ

“Milli Şura kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırır?” - ETİRAZ

1 İyul 2013, 17:59

Milli Şura kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırsın. Parlamenti Azərbaycan xalqı formalaşdırıb”. Bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın vahid namizədlə bağlı bu gün açıqladığı memorandumun şərtlərinə  münasibət bildirərkən deyib. YAP funksioneri bildirib ki, Azərbaycan xalqı parlamentə etimad göstərdiyindən öz nümayəndələrini də seçib.

“Milli Şurada olanların heç biri xalqdan Milli Məclisdə təmsil olunmaq üçün mandat ala bilməyib. Belə olan təqdirdə onlar parlamenti necə buraxa bilərlər? Ən yaxşı halda özlərini buraxa bilərlər”-deyə o, ironik şəkildə qeyd edib.   Milli Şuranın vahid namizədiylə bağlı məsələnin perspektivinə isə YAP rəsmisi inanmır.

“Vahid namizəd məsələsi mümkün olan şey deyil”-deyə vurğulayıb.   Xatırladaq ki, Milli Şuranın memorandumunda 2014-cü ildə parlamenti buraxmaq nəzərdə tutulub.  

Aqşin KƏRİMOV  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...