Modern.az

Milli Məclis 6 şəhərin məhkəmə hakimlərini təyin etməyə hazırlaşır

Milli Məclis 6 şəhərin məhkəmə hakimlərini təyin etməyə hazırlaşır

Təhsil

2 İyul 2013, 09:23

Milli Məclis bu gün özünün növbədənkənar sessiyasının  son iclasını kçirəcək. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 9 məsələ təklif olunub. Onlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
7. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
 
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
9. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

Bu iclasdan sonra deputatlar yay məzuniyyətinə çıxacaqlar. Parlamentarilərin yay tətili sentyabr ayının ortalarında başa çatacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...