Modern.az

Birinci siniflərin məktəb seçiminə BAŞLANILIR

Birinci siniflərin məktəb seçiminə BAŞLANILIR

15 May 2023, 09:08

Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunda Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

Həmçinin mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Paralel şəkildə mayın 20-dən iyunun 9-dək müsahibələr aparılacaq.

 

İyunun 20-də tədris digər dillərdə aparılan məktəblərdə məktəb seçiminə başlanılacaq və proses sentyabrın 14-dək davam edəcək.

 

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.

 

Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir