Bu gün Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək. Modern.az-a “Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrili su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır.
Modern.az