Millət vəkili Fazil Mustafa hakimlərin əmək haqlarının artırılmasını təklif edib. Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə daxil edilmiş Azərbaycan məhkəmələrinin və ali məhkəmələrinə hakimlərin təsdiq edilməsi ilə bağlı müzakirə zamanı o bildirib ki, məhkəmədə çalışan hakimlərin məvacibləri yetərli deyil və onların xərclərini ödəmir.
Deputat qeyd edib ki, əgər hakimlərdən dürüstlük tələb ediriksə, onların əmək haqlarının artırılması məsələsinə də baxılmalıdır. O, qeyd edib ki, hakimlərin təhlükəsizlik məsələsi də kənarda qalır. Fazil Mustafanın sözlərinə görə, hakimlərin müstəqilliyinin artırılması üçün ölkədə aparılan məhkəmə islahatlarının təkmilləşməsinə ehtiyac var.
Daha sonra Fazil Mustafa Azərbaycanın məşhur generalı Əliağa Şıxlinskinin bərbad vəziyyətdə olan məzarının təmiri ilə bağlı hökumətə iş görməsi ilə bağlı təklif səsləndirib.
Modern.az