Elm və təhsil naziri Emin Əmrullayev ali məktəbləri qırmızı diplomla bitirən şəxslərə güzəştlərin edilməsi məsələsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, nazir bu haqda bu gün keçirdiyi mətbuat konfransında danışıb.
“Hansı güzəştlərin verilməsi təklif edilməlidir. Özəl sektor yalnız qırmızı diplom alanları işə götürə bilər. Dünya elə yerə gedir ki, diplomla öyünməklə yanaşı, bilik və bacarıq məsələsi də önə çıxır. Mən 2003-cü ildə qırmızı diplom almışam. Ancaq görün nə qədər vaxt keçib. Qırmızı diplom varsa, müsabiqəyə girmirəm deyə söhbət gedə bilməz”, - E.Əmrullayev ali məktəbi qırmızı diplomla bitirdiyini deyib.