Son illər ərzində MİQ-dən kənar məktəblərə qəbul olmayıb.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir rəhbərlik etdiyi qurumun vakansiyaları gizlətmədiyini söyləyib.
"Hamı nəsə deyə bilər. Bu məsuliyyət məsələsidir. Biz vakansiyaları gizlətmirik. Belə məlumat kimdəsə varsa, müraciət edə bilər. Şər atmaqla nəsə əldə etmək olmaz", - Emin Əmrullayev iddialara münasibət bildirib.