Modern.az

İdman müəssisələri nazirlikdən alına bilər? - AÇIQLAMA

İdman müəssisələri nazirlikdən alına bilər? - AÇIQLAMA

Təhsil

16 May 2023, 17:12

Elm və təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində olan idman müəssisələrinin Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sualı cavablandırıb.

 

Modern.az-ın məlumatına görə, nazir deyib ki, idman müəssisələrindəki problem genişdir və cəmiyyətin problemidir:

 

“Bu məktəblərin mahiyyəti ilk növbədə peşəkar idmançı yetişdirmək deyil. Bu, onun üçündür ki, uşaqlar məktəbdən sonra boş vaxtlarında gedib orada məşğul olsunlar. Təbii ki, peşəkar idmançılar da onların arasından çıxır. Lakin hər iki qurumun tabeliyində olan müəssisələrinin əsas məqsədi Azərbaycan xalqına xidmət etməkdir”,- E.Əmrullayev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var