Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev prezident İlham Əliyevə müraciət edib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Muasir Musavat Partiyasının sədri Hafiz Haciyevin Baş Prokror Zakir Qaralova ünvanladığı müraciətə əsasən Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbiri başlanıb ,dindirmələrin yekunu olaraq ,toplanmış material üzrə Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd)maddəsi ilə cinayət işi başlanıbdır.Başlanmış cinayət işində Əli Kərimovun Əbülfəz Elçibəyi zəhərləməsi faktı tam sübuta yetirilib.
Müraciətdə qeyd edilib ki, cinayətdə suçlu bilinən Əli Kərimovun bu günə qədər dindirilməməsi, o cumlədən həbs edilməməsi MMP sədri Hafiz Hacıyev tərəfindən birmənalı qarşılanmayıb və bəzi dairələrin AXCP sədrinə güzəştə getdiyi qənaətinə gətirib çıxarmasın səbəb olub.
Partiya sədri hesab edir ki,yuxarı inistansiyalar Kərimov Əlini həbs etməməklə, ona dəstək nümayiş etdirirlər.
Hafiz Hacıyev, bu günə qədər vahid namizəd məsələsində heç kimə güzəştə getməyən AXCP sədrinin, bu gün kiməsə güzəştə getməsini ,ölkədə çevriliş etmək və bu cinayətdən yayınmaq məqsədi ilə atılmış addım hesab edir.
Bunun üçün MMP sədri Əli Kərimovun həbs edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O, bu məsələ ilə bağlı ölkə Prezidentinin qətı fikir bildirməsini xahiş edib.
Modern.az