“Çoxdandır ssenari yazmıram. Ona görə də deyə bilmərəm ki, hansısa rejissor ssenarinin üzərində düzəliş edə bilər. Mənim üçün bu cür məsələlər mücərrəd söhbətlərdir”.
Bunu Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev bildirib.
Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov APA-ya müsahibəsində yazıçı Anar Rzayevin və Elçin Əfəndiyevin ssenarisinə rejissor tərəfindən dəyişiklik edilməsi ilə bağlı ona ünvanlanan suala belə cavab verib.
“Misal olaraq deyim ki, Elçin Əfəndiyevin “Mahmud və Məryəm” ssenarisi haqqında rejissorla danışığının şahid olmuşam. O rejissora dedi ki, əgər əlavələriniz varsa, buyurun. Mən əminəm, Anar müəllim də qarşısına professional biri çıxıb təklif edərsə, məmnuniyyətlə bunu qəbul edər”.
Namidə Bingöl