Modern.az

Azay Quliyev ATƏT PA-da tarixi uğura imza atdı

Azay Quliyev ATƏT PA-da tarixi uğura imza atdı

2 İyul 2013, 16:35

Azərbaycanlı millət vəkili ilk dəfə olaraq ATƏT-in rəhbər orqanlarına seçillib

Bu gün ATƏT Parlament Assamblyesında rəhbər orqanlara keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev də iştirak edib.

Modern.az-ın məlumatına görə, Azərbaycanlı millət vəkilinin rəqibi Vahid Rusiya Partiyasının  üzvü, Rusiya Federasiya Şurasının  ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir  Kulakov olub.

Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.

Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...