Modern.az

Elşad Abdullayev “Gülərqeyt” qalmaqalına görə İlham Əliyevə şikayət etdi

Elşad Abdullayev “Gülərqeyt” qalmaqalına görə İlham Əliyevə şikayət etdi

2 İyul 2013, 17:13

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevə ərizə ilə müraciət edib. Bu barədə Modern.az saytına məlumat verən Elşad Abdullayevin bildirib ki, prezidentə göndərdiyi müraciətin surətini həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlayıb.
E.Abdullayevin həcmcə çox böyük olan şikayət ərzisində müxtəlif adlar çəkilir. Modern.az onun ərizəsini ixtisarla təqdim edir.

E.Abdullayev ərizəsində qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi ogurlayan mütəşəkkil cinayətkar təşkilatın əməllərinə düzgün hüquqi qiymət verilməməyindən şikayət edib.

O, bildirib ki, prokurorluq həbs edilən Arzu Kazımovun cinayətlərinə bu günə qədər düzgün hüquqi qiymət verməyib. Onun sözlərinə görə, Arzu Kazımovun cinayət əməli haqqında 4 videogörüntü və 4 audieofakt sosial şəbəkələrdə ictimailəşdirilib.

“Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin. Lakin, bu günə qədər Baş  Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyası gözlə görünən və qulaqla eşidilən təkzibolunmaz video-audeo faktlarda oldugu kimi Azərbaycan vətəndaşı Arzu Firudin oglu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verməyib”.

E.Abdullayev ərizəsində bildirib ki, Arzu Kazımovun cinayət əməli Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatda iştirakcılığına görə huquqi qiymət almalıdır.
”Bildiyimə görə, Arzu Kazımovun Azərbaycan CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, onun mənə qarşı MTN zabiti Mahir Abdullayevin ogurlanması, Azərbaycan Beynəlxalq Universitetini məndən tələb etməsi ilə əlaqədar cinayət əməlləri var, bu hərəkətlərin dələduzluq cinayəti kimi tövsüf olunması ilə razılaşmaq olmaz. Bir hüquq professoru kimi hesab edirəm ki, onun cinayət əməli “hədə-qorxu gəlməklə rüşvət alma” kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Eyni zamanda, Arzu Kazimovun Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında «cinayətdə iştirakcılıgı» müəyyən edilməlidir. Onun cinayət  əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi - «adam ogurlugu» və Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi - «insanları zorakılıqla yoxa cıxarma» cinayətləri var və bu cinayətlərdə iştirakcılığa huquqi qiymət verilməlidir”.

E.Abdullayev bildirib ki, prokurorluq Arzu Kazimovun bu günə qədər cinayətdə iştirakcılıgının statusunu müəyyən etməyib.
”Prokurorluq orqanları tərəfindən Arzu Kazımovun cinayətlərinə yalnız dələduzluq cinayəti  kimi hüquqi qiymət verilməsinin basilica məqsədi cinayətin digər iri ranqlı subyektlərinin  gizlədilməsinə xidmət edir. Məlumdur ki, o, bu boyda sosal təhlükəli cinayətləri tək edə bilməzdi. Beynəlxalq təşkilatların hesabatlarında hər il qeyd edilir ki, Azərbaycanda cinayətin kicik bir fiquru həbs edilir, amma nə cinayəti icra edənlər, nə sifarişcilər, nə də rəhbərlər cinayət məsuliyyətinə cəlb olunurlar”-deyə E.Abdullayev şikayətində qeyd edib.

E.Abdullayev prezidentə şikayətlənib ki, Müstəqil İstintaq Komissiyası 8 ay 15 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər olsun belə, adam ogurluguna görə cinayət məsuliyyətinə cəlb olunmayıb.

”Adam ogurlugu faktının ortada olmasına baxmayaraq bir sıra mütəşəkkil cinayətkar təşkilatın üzvü yalnız Arzu Kazımova “dələduz” kimi cinayət işi acilıb. Bu isə hüquqi anlamda işi bataqlıga atıb qapamaq kimi bir şeydir. Məlumdur ki, əməlin dələduzluq kimi qiymətələndirilməsi  cinayətin digər əsas iştirakcıların gizlətməyə xidmət edir, bu cinayətin acılması hakimiyyətin iri ranqlı vəzifəli şəxslərinin ifşa olunması deməkdir. Buna görə də prokurorluq işi zərərcəkmişin əleyhinə yönəldir” deyə qeyd edən E.Aabdullayev bildirib ki, Arzu Kazımovun işi üzrə prokurorluq onu zərərçəkmiş şəxs kimi tanımır.

”Təəssüf ki, mənim bu barədə verdiyim vəsatət qanunsuz olaraq təmin edilməyib və mən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişəm” deyə bildirən E.Abdullayev özünün zərərçəkmiş şəxs kimi tanınması barədə vəsatətinin qanuna müvafiq qaydada həll edilməsini istəyib.

”Eyni huquqi böhran “Gülərqeyt” işindədir, bu işdə də Gülər Əhmədova Cinayət Məcəlləsinə görə dələduzluq cinayətinin subyekti hesab edilir, lakin, məni bu işdə də zərərcəkmiş kimi tanınmırlar. Birmənalı şəkildə hər iki işdə “zərərcəkmiş şəxs” səlahiyyətli korrupsioner Azərbaycan cinovniklərdir, görünür “ehtiyac” icində yaşayırlar.

Əsl zərərcəkmiş isə tam hüquqsuz vəziyyətdədir, dövlət hüquq müdafiəsi sahəsində öhdəliyə götürdüyü borcunu yerinə yetirmir. 10 ildir ki, Mahir Abdullayevin işi ilə tanış ola bilmirik, prokurorluq bizə hec bir məlumat vermir, cinayət işi ilə tanış olmağa imkan yaratmır”.

Elşad Abdullayev bildirib ki, maraqlı qüvvələr onun qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini pozmaq istiqamətində çalışırlar. O, barəsində təxribat xarakterli məlumatların bilərəkdən yayılmasına görə, Arzu Kazımovun vəkili Ramiz Zeynalovu və bu işə informasiya dəstəyi verən “Təzadlar” qəzetini ittiham edib.

“Məni Baş nazirin müavini Elcin Əfəndiyevin sabiq köməkcisi Vaqif Hüseynovun fabrikovat olunmuş işində də zərərcəkmiş şəxs kimi tanıdılar. Mən, prokurorlugun Müstəqil İstintaq Komissiyasına yazılı olaraq bildirdim ki, Vaqif Hüseynov mənim pulumu qaytarıb və mənim ondan hec bir şikayətim yoxdur. Lakin, prokurorluq məni Vaqif Hüseynovun fabrikovat olunmuş işində zərərcəkmiş şəxs kimi tanıyır, halbuki, qanunvericilik bunun əleyhinədir.

Qüvvədə olan cinayət prosesual qanunvericilik isə tələb edirki, Azərbaycanın prokurorluq və məhkəmə orqanları məni Arzu Kazımovun, Gülər Əhmədovanın, Nüşabə Mirzoyevanın, Nəriman Ağayevin işləri üzrə zərərcəkmiş şəxs kimi tanımalıdır. Məni fabrikovat olunmuş cinayət işlərində tanınmaga hec bir ehtiyac yoxdur”.

E.Abdullayev qeyd edib ki, bu günə qədər kecmiş millət vəkili Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsüf olunmayıb.

”Bildiyimə görə hazırda Gülər Əhmədova Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, onun mənə qarşı MTN zabiti Mahir Abdullayevin ogurlanması, Azərbaycan Beynəlxalq Universitetini bilavasitə məndən tələb etməsi və deputat seckiləri ilə əlaqədar cnayət əməlləri hədə-qorxu ilə xarakterizə olunur, onun əməllərinin dələduzluq cinayəti kimi tövsüf olunması ilə razılaşmaq olmaz. Bir hüquq professoru kimi hesab edirəm ki, onun əməli hədə-qorxu gəlməklə rüşvət alma kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Bu zaman, Gülər Əhmədovanın AR Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydalrı əsasında cinayətdə iştirakcılıgı müəyyən edilməlidir. Onun cinayət  əməllərində  Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi - adam ogurlugu və Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi- insanları zorakılıqla yoxa cıxarma kimi cinayətlərdə öz əksini tapması hüquqi zərurətdir.

Qeyd etmək istəyirəm ki, əsas şahid Sevinc Babayevanın qətlə yetirilməsinə görə də Gülər Əhmədovanın cinayətləri (CM-in 307-ci maddəsi) düzgün tövsuf edilməyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...