Prezident İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilib.
Nazirlə Kabinetinə tapşırılıb ki, “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni 3 ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Modern.az