Modern.az

Prezident Yaşar Əliyevlə bağlı sərəncam verdi

Prezident Yaşar Əliyevlə bağlı sərəncam verdi

2 İyul 2013, 20:49


Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin sabiq deputatı Yaşar Əliyevlə bağlı sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yaşar Əliyevə Prezidentin fərdi təqaüdü veriləcək.

Yaşar Əliyev əvvəllər Milli Məclisin deputatı olub. Daha sonra 10 il Azərbaycanın Çindəki səfiri  postunda çalışıb. 2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasınıdakı səfiri Yaşar Əliyev geri çağırılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...