Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start verilib.
Modern.az xəbər verir ki, Avroliqadakı iki təmsilçimiz ilk qarşılaşmalarını keçirib.
Ağdamın “Qarabağ” klubu Makedoniyada yerli "Metallurq"un qonağı olub. Oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Reynaldonun matçın 64-cü dəqiqəsində vurduğu qol yeganə olub - 1:0.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Bakıda keçiriləcək.
***
Avropa Liqasının I təsnifat mərhələsinə qoşulab digər təmsilçimiz "Xəzər Lənkəran" klubu turnirə heç-heçəylə başlayıb. Lənkəran təmsilçisi "cırtdan" ölkə - Maltada "Slima" klubunun qonağı olub. Con Toşakın komandası bu cütün favoriti hesab olunurdu. Lakin fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Xəzər Lənkəran" ikinci hissədə üstünlüyünü əldən verib - 1:1.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Lənkəranda keçiriləcək.