Modern.az

Ali təhsil sistemi dəyişməlidir - Nazir müavini

Ali təhsil sistemi dəyişməlidir - Nazir müavini

Təhsil

18 May 2023, 10:46

"Biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.

 

O bildirib ki, ali təhsil sistemində klassik yanaşmalardan uzaqlaşmaq lazımdır:

 

"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər".

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var