Modern.az

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə MÜRACİƏT

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə MÜRACİƏT

Təhsil

18 May 2023, 12:08

Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

 

Onun sözlərinə görə, əsasən vətəndaşların problemi sərhədlə bağlı olur: “Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik". 

 

"Bir daha vətəndaşlara müraciət edirəm ki, təhsil müddətində həmin ölkədə olsunlar. Universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etsinlər. Hazırda bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir", - Ülkər Səttarova vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var